SON XƏBƏRLƏR

Gürcüstan Nikaraqua ilə əlaqələri kəsir

2021.10.20, 07:36
Gürcüstan Nikaraqua ilə əlaqələri kəsir

Gunaz.tv
Gürcüstan Nikaraqua ilə əlaqələri kəsir article_1228035532.gif QayNar: Gürcüstan rəsmilərinin sözlərinə görə, rəsmi Tbilisi Mərkəzi Amerika dövləti olan Nikaraqua ilə diplomatik əlaqələrini soyudur. "Qaynar.info"-nun "Amerikanın səsi"nı istinadən verdiyi xəbərə görə, iki ölkə ilk rəsmi münasibətlərin əsasını 1994-cü ildə qoyub, ancaq Gürcüstan Xarici İşlər Nazirliyindən bu gün bildiriblər ki, Nikaraquanın Cənubi Osetiya və Abxaziysanı müstəqil dövlət kimi tanıması qərarı əlaqələrin davamını qeyri-mümkün edir. Nikaraqua prezidenti Daniel Orteqa Rusiyanın ardınca sentyabrın əvvəllərində Gürcüstanın separatçı regionlarını tanıyaraq, bu addımı atan ikinci dövlət olmuşdu. Gürcüstan Xarici İşlər Nazirliyi Nikaraquanın BMT-dəki missiyasına rəsmi xəbərdarlıq göndərib. Rusiya prezidenti Dmitri Medvedev isə Cənubi Osetiya və Abxaziyanı avqust ayında tanımışdı. // T.İsmayılov, QayNar

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar