SON XƏBƏRLƏR

Əbülfəz Elçibəyin adı fars şovinist rejimi üçün əbədi qorxu mənbəyidir

2021.10.20, 07:36
Əbülfəz Elçibəyin adı fars şovinist rejimi üçün əbədi qorxu mənbəyidir

Gunaz.tv
Əbülfəz Elçibəyin adı fars şovinist rejimi üçün əbədi qorxu mənbəyidir ebulfezelcibey.jpg İran adlanan yerin “Təhri Nov” qəzeti Azərbaycan türklərini növbəti dəfə təhqir edib Güney Azərbaycanda soydaşlarımız arasında gündən-günə genişlənən istiqlal düşüncəsi fars şovinist rejiminin yuxusunu ərşə çəkib. Xüsusilə 2006-cı ilin 22 may hadisələrindən sonra İran adlanan yerdəki mövcud rejim Güney Azərbaycan Milli Hərəkatının əhatə dairəsini məhdudlaşdırmaq üçün repressiv addımlarla yanaşı, ideoloji, təbliğati işlər də görməyə çalışır. 22 may hadisələrindən sonra İran adlanan yerdə Azərbaycan türklərinə hesablanmış bir neçə qəzet fəaliyyətə başlayıb. Bu qəzetlərin işi-gücü milli fəalları gözdən salmaq, Azərbaycanın böyük şəxsiyyətlərinə ləkə yaxmaq, Quzey Azərbaycan Respublikasını “Qərbin oyuncağı“ kimi təqdim etməkdir. 22 may hadisələrindən sonra göbələk kimi artan mətbu orqanlardan biri də Təbrizdə nəşr olunan “Təhri Nov” (“Yeni Layihə”) qəzetidir. Təbriz şəhər Bələdiyyəsinin maliyyə dəstəyilə nəşr olunan, lakin özünü “müstəqil” adlandıran bu qəzetdə 22 may hadisələrini doğuran səbəblər haqda geniş bir yazı dərc olunub. Məqalədə bildirilir ki, bu hərəkat öz mənbəyini Quzey Azərbaycan Respublikasından – Əbülfəz Elçibəyin ortaya atdığı Bütöv Azərbaycan ideyasından götürüb. Yazıda Quzey Azərbaycan Milli Azadlıq Hərəkatının lideri Əbülfəz Elçibəyin tərcümeyi-halı verilib. Burada Əbülfəz Elçibəyin bir zamanlar Misir Ərəb Respublikasında keçmiş SSRİ-nin səfiri işlədiyi qeyd olunur (Halbuki Əbülfəz Elçibəy Misirdə səfirlikdə deyil, inşaat sahəsində tərcüməçi işləyib). Məqalədə vurğulanır ki, Əbülfəz Elçibəyin Qafqazda ikinci həyat verdiyi pantürkist ideyaları Güney Azərbaycanda bəzi gənclərin beyinlərini zəhərləyib. Bozqurdların lideri (Əbülfəz Elçibəy nəzərdə tutulur) gəncləri doğru yoldan azdıraraq pantürkist ideyalarının quluna çevirib. Hətta qəzet Quzey və Güney Azərbaycanda olan türk millətçilərini təhqir etməkdən də özünü saxlaya bilmir: “”Şimali İran”da (fars şovinistləri Quzey Azərbaycanı belə adlandırır) və bu tayda olan bəzi adamlar özlərini Əbülfəz Elçibəyin davamçıları sayırlar və özlərini bozqurdçu hesab edirlər. Amma qurd dedikdə heç də ağlınıza canavar gəlməsin. Onlar torpağın altında eşələnən qurdlardandır”. Xatırladaq ki, 22 may hadisələrindən əvvəl də “İran” adlanan rəsmi qəzet Azərbaycan türklərini təhqir edərək, tarakana bənzətmişdi. Nəticədə bu pislik Güney Azərbaycan Milli Hərəkatına ciddi təkan verdi. Yəqin güneyli soydaşlarımız fars şovinist rejiminin növbəti təhqirinə də layiqli cavab verəcəklər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar