SON XƏBƏRLƏR

LEVON TER-PETROSYANIN TƏŞKİLATI YENİ QARABAĞ STRATEGİYASI AÇIQLAYACAQ

2021.10.20, 07:36
LEVON TER-PETROSYANIN TƏŞKİLATI YENİ QARABAĞ STRATEGİYASI AÇIQLAYACAQ

Gunaz.tv
LEVON TER-PETROSYANIN TƏŞKİLATI YENİ QARABAĞ STRATEGİYASI AÇIQLAYACAQ terpetrosyan-1-1-1_1.jpg Levon Ter-Petrosyan Keçmiş prezident Levon Ter-Petrosyanın lider olduğu Erməni Milli Konqresi bu ay paytaxt Yerevanda forum keçirməyi planlaşdırır. «Media forum» xəbər verir ki, konqresin mətbuat katibi Arman Musinyan forumda Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair yeni strategiya və ölkənin iqtisadi vəziyyətinə dair analizin nəticələrinin təqdim olunacağını bildirib. Oktyabrın 17-də keçirilən mitinqdən sonra müxalifətin sonrakı taktikanı müəyyənləşdirmək üçün aksiyaları dayandırdığını xatırladan A.Musinyan bildirib ki, oktyabrdan bəri keçirilən görüş və müzakirələr konqres üzvlərinin siyasi proseslər və Dağlıq Qarabağ məsələsinə dair məlumatlandırılması istiqamətində nəticələr verib və qurum daxildən möhkəmlənib: «Hazırda aparılan müzakirələr bizi qane edir və kütləvi aksiyaları müvəqqəti təxirə salmaq haqda qərarımıza yenidən baxmağa ehtiyac görmürük». Noyabrın 20-də Ermənistan prezidenti Serj Sərkisyan ölkədə fəaliyyət göstərən siyasi partiya liderləri ilə bir araya gələrək Dağlıq Qarabağ münaqişəsini müzakirə edib. Levon Ter-Petrosyan həmin görüşə qatılmaqdan imtina edib. «Media forum»

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar