SON XƏBƏRLƏR

AZƏRBAYCANLA TÜRKMƏNİSTAN ARASINDA SƏNƏDLƏR İMZALANIB

2021.10.20, 07:36
AZƏRBAYCANLA TÜRKMƏNİSTAN ARASINDA SƏNƏDLƏR İMZALANIB

Gunaz.tv
AZƏRBAYCANLA TÜRKMƏNİSTAN ARASINDA SƏNƏDLƏR İMZALANIB türkmennistsnazərbaycan.jpg Noyabrın 28-də Aşqabadda Azərbaycan və Türkmənistan arasında sənədlərin imzalanma mərasimi olub. Bakı (Azərbaycan) və Türkmənbaşı (Türkmənistan) limanları vasitəsilə beynəlxalq dəmir yolu - bərə xəttində yüklərin daşınmasının, yük vaqonlarının və konteynerlərin istismarının, nömrələr üzrə qeydiyyatının və onlardan istifadəyə görə hesablaşmanın təşkili haqqında sazişi Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov, Türkmənistanın dəmir yolu nəqliyyatı naziri Dəryaqulu Məhəmmədquliyev imzalayıblar. Hər iki ölkənin Təhsil nazirlikləri arasında təhsildə əməkdaşlıq haqqında sazişi Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, Türkmənistanın təhsil naziri Mühəmmədgəldi Annaamanov imzalayıblar. Hər iki ölkənin hökumətləri arasında Bakı (Azərbaycan) və Türkmənbaşı (Türkmənistan) limanları vasitəsilə birbaşa beynəlxalq dəmir yolu - bərə əlaqəsinin təşkili haqqında sazişi Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov, Türkmənistanın Nazirlər Kabineti sədrinin müavini Nəzərqulu Şaquliyev imzalayıblar. Digər imzalanmış sənəd hər iki ölkənin hökumətləri arasında iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Türkmənistan hökumətlərarası komissiyası haqqında sazişdir. Bu sənədi Azərbaycanın baş nazirinin birinci müavini Yaqub Eyyubov, Türkmənistan Nazirlər Kabineti sədrinin müavini Xıdır Saparlıyev imzalayıblar. AzərTAc

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar