SON XƏBƏRLƏR

Milli fəal Yaşar Güneyli azadlığa çıxdı

2021.10.20, 07:36
Milli fəal Yaşar Güneyli azadlığa çıxdı

Gunaz.tv
Milli fəal Yaşar Güneyli azadlığa çıxdı Azərbaycan Milli Hərəkatının fəalı Yaşar Güneyli (Haşım Bərzgər) azadlığa buraxılıb. 21 gün Tehran şəhərindəki Evin həbsxanasında saxlanılan soydaşımız girov müqabilində sərbəstliyinə qovuşub. Xatırladaq ki, Yaşar Güneyli kimi tanınan, ancaq əsl adı Haşım Bərzgər olan soydaşımız noyabrın 10-dan Kərəc şəhərində yoxa çıxmışdı. 27 yaşlı milli fəal hazırda Tehran şəhərinin Pəyami-Nur Universitetinin Hüquq fakültəsində təhsil alır. Yaşar Güneyli dəfələrlə “Ettelaat” əməkdaşları tərəfindən həbs olunub. Bir neçə gün əvvəl isə Tehran şəhərinin magistralında hücuma məruza qalmışdı. İki motorskletçinin basqını zamanı onun dodağı cırılmış, dişi sınmış və bədəninin bir çox yerindən xəsarət almışdı.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar