SON XƏBƏRLƏR

Rumıniyada sosial demokratlar qalib gəlib

2021.10.20, 07:36
Rumıniyada sosial demokratlar qalib gəlib

Gunaz.tv
Rumıniyada sosial demokratlar qalib gəlib article_1228130830.gif Rumıniyada keçirilən seçkilərdə, rəsmi olmayan nəticələrə görə müxalifətdəki Sosial Demokratlar Partiyası (PSD) ən yüksək səs toplayıb QayNar: Rumınyadakı mətbuat orqanlarının seçki qutularından çıxan səslərin nəticələrinə istinadən verdiyi xəbərə görə, PSD səslərin 36 faizini qazanıb. Dövlət başçısı Trayan Baseskunun mərkəzdəki Liberal Demokratlar Partiyasının isə 31 faiz nisbətində dəstək aldığı bildirilir. QayNar.info-nun verdiyi xəbərə görə, baş nazir Popesku Tariceanunun mərkəz-sağ Liberal Partiyası isə 20 faiz səslə üçüncü sırada yer alır. Seçicilər, bu seçkilər zamanı ilk dəfə olaraq millət vəkillərini partiya siyahılarından deyil, müstəqil namizəd olan şəxslər arasından seçdilər. Qeyd edək ki, Rumıniya parlamentində 452 millət vəkili yer alır. İqtisadi böhrandan ciddi şəkildə ziyan çəkən və kütləvi işdən çıxarma hallarının yaşanacağını gözlənildiyi ölkədə keçirilən son ictimai rəy sorğularında da, dəstəyi 20 faiz olan iqtidardakı mərkəz-sağ Liberal Partiyası, müxalifətdəki Sosial Demokratlar Partiyasından geridə yer alırdı. //Rəşad Səfərov, QayNar

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar