SON XƏBƏRLƏR

AZƏRBAYCANDA 130 XARİCİDİLLİ NƏŞR ÇIXIR

2021.10.20, 07:36
AZƏRBAYCANDA 130 XARİCİDİLLİ NƏŞR ÇIXIR

Gunaz.tv
AZƏRBAYCANDA 130 XARİCİDİLLİ NƏŞR ÇIXIR Bu gün Mətbuat Şurasının ofisində «Azərbaycanda xaricidilli mətbu nəşrlər: reallıqlar, problemlər, perspektivlər» mövzusunda dəyirmi masa keçirilb. Tədbirdə çıxış edən şura sədri Əflatun Amaşov bildirib ki, dəyirmi masanın məqsədi ölkədə nəşr olunan xaricidilli mətbu orqanların fəaliyyətinə nəzər salmaq, perspektivlərini müəyyənləşdirməkdir. Hazırda Azərbaycanda 3500-dən çox kütləvi informasiya vasitəsinin (KİV) qeydiyyatdan keçdiyini deyən şura sədrinin sözlərinə görə, onların 130-dan çoxu xarici dildə işıq üzü görür. Ə.Amaşov vurğulayıb ki, xaricidilli KİV-lərin fəaliyyəti Azərbaycanın ictimai-siyasi, iqtisadi, mədəni həyatında baş verən hadisələri beynəlxalq səviyyədə yaymaq, milli-mənəvi dəyərlərimizin təbliği baxımından çox əhəmiyyətlidir. Azərbaycanda fransız dilində nəşr edilən «Le Carrefour» qəzetinin baş redaktoru Zeynəb Kazımova qəzetin fəaliyyəti haqda məlumat verib, Azərbaycanda xaricidilli KİV-lərin yaranma tarixindən danışıb. AzərTAc xəbər verir ki, tədbirdə həmçinin bu KİV-lərdə mövcud olan nöqsanlar müzakirə olunub, daha keyfiyyətli nəticə əldə olunması istiqamətində təkliflər irəli sürülüb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar