SON XƏBƏRLƏR

Əfqanıstanda 45 talibançı öldürüldü

2021.10.20, 07:36
Əfqanıstanda 45 talibançı öldürüldü

Gunaz.tv
Əfqanıstanda 45 talibançı öldürüldü afp_pakistan_swat_valley_militants_02nov07_1951.jpg Vaşinqton Əfqan rəsmilərinin məlumatına görə, NATO və Əfqan quvvələrinini ölkənin cənub istiqamətində apardığı əməliyyatlar nəticəsində 45 Taliban döyüşçüsü öldürülüb. Rəsmilər deyir ki, qiyamçıların 12-si Qəndaharda aparılan əməliyyatlarda öldürülüb, qalan 33 nəfəri isə Helmand vilayətində atəşə tutulub. Öldürülən yaraqlıların ABŞ və Əfqan qüvvələrinə qarşı əməliyyat hazırladığı aşkarlanıb. Cümə günü Əfqan ordusunun rəsmi paltarını geymiş naməlum silahlı şəxslər keçmiş sözçü Məhəmməd Hənifi Əfqanıstanın şərqindəki iqamətgahında öldürüblər. 2007-ci ildə Əfqan hökuməti Hənifi tutmuş, lakin bu ilin əvvəllərində onu həbsdən azad etmişdi.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar