SON XƏBƏRLƏR

OPEK və Rusiya hasilatı azaltmaq istəyir

2021.10.20, 07:36
OPEK və Rusiya hasilatı azaltmaq istəyir

Gunaz.tv
OPEK və Rusiya hasilatı azaltmaq istəyir opec123.jpg Misirin paytaxtı Qahirədə neft ixrac edən ölkələr təşkilatı - OPEK - in iclası keçirilir. Tədbirdə təşkilat üzvləri qara qızılın kəskin ucuzlaşmasının səbəblərini müzakirə edirlər. İclasda hasilatın azaldılması ilə bağlı qərarın qəbul ediləcəyi gözlənmir. Nazirlər son iclasdan bu yana bazarda baş verən prosesləri müzakirə edərək, qara qızılın qiyməti ilə bağlı proqnoz verəcəklər. Antiamerika siyasəti yeridən İran və Venesuela isə qiymətin aşağı düşməsi faktı ilə barışmayacaqlarını və hasilatın azaldımasına bir daha cəhd edəcəklərini bildiriblər. İri neft ixracatçıları - Küveyt və Səudiyyə Ərəbistanı isə əksinə, hasilatın azaldılmasında maraqlı olmadıqlarını bəyan edib. İclasda təşkilatla Rusiya arasında əməkdalıq məsələsinin də müzakirə mövzusu olacağı istisna edilmir. Dünya neftinin 11 faizini verən rusiya hökuməti qiymətlərlə bağlı OPEK - lə müzakirələrə hazır olduğunu bildirib. Çünki Rusiya neftinin maya dəyəri yüksək olduğundan bəzi yataqlarda hasilatı səmərəsiz edib. Mütəxəsislər bu günki iclası dünyanın iki aparıcı neft oyunçusunun əməkdaşlığı kimi də xarakterizə edirlər. Rəsmilərin fikrincə, OPEK - in bü günkü toplantısının bazara ciddi təsiri olmasa, dekabrın 17-də keçiriləcək növbəti iclasda hasilat kvotası kəskin azaldılacaq. Rusiyanın da bu addıma qoşulacağı bildirilir. Opek ölkələrilə şimal qonşumuzun əməkdaşlığı Birləşmiş Ştatlar tərəfindən birmənalı qarşılanmır. Çox güman ki, rəsmi Vaşinqtonun cavab tədbirləri özünü çox gözlətməyəcək. Ekspertlər bu fikirdədir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar