SON XƏBƏRLƏR

Ermənistanın mövqeyi regionun hərtərəfli inkişafında yeganə tıxacdır

2021.10.20, 07:36
Ermənistanın mövqeyi regionun hərtərəfli inkişafında yeganə tıxacdır

Gunaz.tv
Ermənistanın mövqeyi regionun hərtərəfli inkişafında yeganə tıxacdır turkiye.jpg Türkiyə və Ermnistan arasında diplomatik yaxınlaşma təbiidir. Mütəxəssislər hesab edir ki, Türkiyə tərəfindən Yerevana Azərbaycanın maraqlarına uyğun gəlməyən heç bir güzəşt edilə bilməz. Türkiyə mətbuatı Ermənistanın xarici işlər naziri Eduard Nalbandyanın Türkiyəyə səfəri çərçivəsində Ankara və Yerevanda diplomatik nümayəndəliklərin açılmasının da müzakirə olunduğunu yazır. Məlumata görə, Türkiyə tərəfi Yerevanda statusu hələ dəqiqləşməyən diplomatik təmsilçiliyin yaradılmasına şifahi razılıq verib. Azərbaycan tərəfi Türkiyə və Ermənistan arasında gedən bu və ya digər mövzular ətrafında danaşaqları diqqətlə izləyir. Xarici İşlər Nazirliyinin sözcüsü Xəzər İbrahim deyir ki, Azərbaycan digər iki dövlətin münasibətlərinə qarışmır. Bu həqiqətən də belədir. Amma şübhə yoxdur ki, rəsmi Bakı Anakaryla Yerevan arasında gedən kövrək siyasi dialoqu həsaslıqla nəzərdən keçirir. Bəli, Bakı Türkiyənin Dağlıq Qarabağ münaqişəsilə bağlı mövqeyindən əmindir. Əslində Türkiyənin Yerevanda diplomatik korpus yaratmaq niyyəti təbiidir və Anakaranın rəhbər tutduğu qonşuluq prinsiplərinə uyğundur. Sülhsevər, qonşuları ilə dinc yaşamaqda maraqlı olan Türkiyə Ermənistanla da münasibətlərini normallaşdırmağa meyl edir. Burda söhbət iqtisadi-siyasi əlaqələrdən, iki xalq arasında sabit qonşuluq münasibətlərindən getdiyinə görə, gələcəkdə Ankarada Ermənistanın, Yerevanda isə Türkiyənin təmsilçiliyinin açılması mümkündür. Əksər siyasi ekspertlər bu fikirdədir ki, işğal altında olan azərbaycan torpaqlarının azad edilməsi diplomatik əlaqələrin bərpası qarşılığında Ermənistana qoyula biləcək ən real şərtdir. Bu mövqe isə Azərbaycanın maraqlarına tam uyğundur. Hər halda, Ermənistan işğalçılıqdan və qondarma iddialarından əl götürdükdən sonra, uzaq gələcəkdə olsa belə, hətta Azərbaycan da Ermənistanla diplomatik əlaqələrin qurulmasına gedə bilər. Beləliklə də, regionda üç tərəf arasında münasibətlər yeni səviyyəyə çıxmaqla təhlükəsizlik prosesinə əməli təkan verər. Bunun hələ də baş verməməsinin səbəbi isə bir tərəfin işğalçı siyasət yeritməsindədir. Köklü dönüş üçün yetər ki, Ermənistan öz yeri və roluna obyektiv yanaşıb ənənəvi siyasətinə ciddi korrektə etsin.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar