SON XƏBƏRLƏR

Elnur Məmmədli Avropanın ən yaxşı cüdoçusudur

2021.10.20, 07:36
Elnur Məmmədli Avropanın ən yaxşı cüdoçusudur

Gunaz.tv
Elnur Məmmədli Avropanın ən yaxşı cüdoçusudur avropanin_en_yaxsisi.jpg Pekin Yay Olimpiya Oyunlarının qalibi Elnur Məmmədli 2008-ci il üçün Avropanın ən yaxşı cüdoçusu seçilib Avropa Cüdo İttifaqının (EJU) Yunanıstanın paytaxtı Afinada keçirilən Konqresində müxtəlif nominasiyalar üzrə qaliblərin adları açıqlanıb. Zaman Online-nin xəbərinə görə, Pekin Yay Olimpiya Oyunlarının qalibi Elnur Məmmədli 2008-ci il üçün Avropanın ən yaxşı cüdoçusu seçilib. Pekində keçirilən Yay Olimpiya Oyunlarında uğurla çıxış edən Elnur Məmmədli qarşılaşdığı 5 rəqibinin hamısına vaxtından əvvəl, ippon fəndi ilə qalib gəlib. Onun Pekində qızıl medal qazanması üçün təxminən 8 dəqiqə kifayət edib. EJU-nun Konqresində aşağıdakı nominasiyaların qalibləri elan olunub: Ən yaxşı kişi cüdoçu: Elnur Məmmədli (AZƏRBAYCAN) Ən yaxşı qadın cüdoçu: Alina Dumitru (Rumıniya) Ən yaxşı gənc cüdoçu: Teddi Riner (Fransa) Ən yaxşı kata dueti: Yulian Surla/Aurelian Fleys (Rumıniya) Ən yaxşı kişi məşqçi: Şota Xabarelli (Gürcüstan) Ən yaxşı qadın məşqçi: Florin Berkan (Rumıniya) Ən yaxşı komanda: Gürcüstan Ən yaxşı təşkilatçı: Portuqaliya və Xorvatiya Cüdo Federasiyaları /ANS PRESS/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar