SON XƏBƏRLƏR

BDU-nun xaricdə filialları açılacaq

2021.10.20, 07:36
BDU-nun xaricdə filialları açılacaq

Gunaz.tv
BDU-nun xaricdə filialları açılacaq bdu.jpg Bakı Dövlət Universitetinin 90 illik yubileyi ilə bağlı tədbirlər planı hazırlanıb. Bu barədə keçirdiyi mətbuat konfransında təhsil ocağının rektoru Abel Məhərrəmov məlumat verib. Plana əsasən yubiley tədbiri növbəti tədris ilinin əvvəlində keçiriləcək. O vaxta kimi isə universitet kollektivini bir sıra yeniliklər gözləyir. Bu paydan təkcə Bdu – nun kolletivinə düşməyəcək. Universietin 90 illik yubileyi ilə əlaqədar jurnalistlər arasında müsabiqəyə də start verildi. Müsabiqə 2009-cu ilin aprelinə kimi davam edəcək. Abel Məhərrəmov bildirdi ki, indi həm region, həm də beynəlxalq nüfuzlu təhsil ocaqları Bakı Dövlət Universieti ilə əməkdaşlıqda maraqlıdır. Rektor gələcəkdə ali məktəbin xarici ölkələrdə filiallarının açılacağını da istisna etmədi. Onun sözlərinə görə, universitetin elmi və kadr potensialı əcnəbi mütəxxəsislər tərəfindən həmişə yüksək qiymətələnidirilib. Bu baxımdan Azərbaycan elminin xaricdə daha geniş təmsil olunması realdır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar