SON XƏBƏRLƏR

Azərbaycan, Türkmənistan və Türkiyə prezidentlərinin görüşü bütün türk dünyası üçün nümunədir

2021.10.20, 07:36
Azərbaycan, Türkmənistan və Türkiyə prezidentlərinin görüşü bütün türk dünyası üçün nümunədir

Gunaz.tv
«Azərbaycan, Türkmənistan və Türkiyə prezidentlərinin görüşü bütün türk dünyası üçün nümunədir» abdulla_28.jpg Bu sözləri həmkarları İlham Əliyev və Qurbanqulu Berdımuxamedovla Türkmənbaşıdakı görüşdən qayıdan Türkiyənin dövlət başçısı Abdulla Gül Ankara aeroportunda jurnalistlərə deyib A.Gülün sözlərinə görə, Türkmənistanda keçirilmiş üçtərəfli görüş ölkələr arasında siyasi və iqtisadi münasibətlərin yeni, daha yüksək səviyyəyə qalxmasına təkan verəcək, Aşqabad, Bakı və Ankaranın mövqelərini daha da yaxınlaşdıracaq. «Biz bu danışıqlarda ümumi məsələlər yox, bizi maraqlandıran problemlər və layihələr barədə tam detallarınadək müzakirələr aparmışıq». CNN-Türk televiziyasının məlumatına görə, Türkiyə prezidenti habelə bildirib ki, dövlət başçılarının görüşündə iqtisadiyyat, mədəniyyət, siyasət və energetika sahələrində əməkdaşlığa dair fikir mübadiləsi aparılıb. /ANS PRESS/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar