SON XƏBƏRLƏR

Elm aləmində tarixi olay

2021.10.20, 07:36
Elm aləmində tarixi olay

Gunaz.tv
Elm aləmində tarixi olay elmler_akademiyasi5.jpg Tarix boyu heç bir diplomatik əlaqəsi olmayan yəhudi və ərəb xalqlarının iki rəsmisi Azərbaycanda elm masasında bir araya gəlib. Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutunda elmi müdafiəyə qatılan tədqiqatçıları birləşdirən daha bir maraqlı məqam da var. İddiaçıların terror mövzusuyla bağlı araşdırmalarında ermənilərin azərbaycanlılara qarşı terroru xüsusi yer tutur. Bu məqam Təkcə azərbaycan üçün yox, dünya üçün yaddaqalan hadisə idi. Azərbacanın tribunasından elmi işini müdafiə edən İsrail təhsil nazirinin müşaviri Eli Zarxini Yəmən respublikasının Rusiya Federasiyasındakı konsulu Məhəmməd Abdulla Əhməd Əl-Zürbeyi maraqla dinləyirdi. Çünki, mehriban düşmən olsalar da, hər iki xalqın nümayəndəsinin bir həqiqəti var idi. Azərbaycana qarşı erməni təcavüzü faktı. Hər iki tədqiqatçı erməni terrorizminin nəinki Azərbaycana, bütün bəşəriyyətə təhdid olması qənaətinə gəlir. Bəli, bir-birini dəstəkləməyən iki bəşər övladını bu həqiqət birləşdirdi. Beynəlxalq təşkilatlar sussa da, bəşəriyyət haqqı- nahaqqa qurban vermir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar