SON XƏBƏRLƏR

Rusiyaya gedən miqrantlar rus dilindən imtahan verəcək

2021.10.20, 07:36
Rusiyaya gedən miqrantlar rus dilindən imtahan verəcək

Gunaz.tv
Rusiyaya gedən miqrantlar rus dilindən imtahan verəcək miqrant-moskva-bazar.jpg İlqar Hacıyev: “Rusiyada miqrantlara ehtiyac olduğuna görə qanun heç bir problem yaratmayacaq” Gələn ildən etibarən Rusiya Federasiyasına gələn hər bir miqranit rus dilindən imtahan verməli olacaq. Artıq bununla bağlı qanun layihəsinin hazırlanması müzakirə olunub. Ümumrusiya Azərbaycanlıları Konqresinin Moskva bürosunun rəhbəri İlqar Hacıyev isə ANS-ə bildirib ki, proses qanuniləşdirilsə belə, azərbaycanlılar bundan çətinlik çəkməyəcəklər: “Belə bir şey eləmək istəyirlər ki, bura gələrkən hər bir miqrant dil bilməsi yoxlanılsın. Sənətindən asılı olraq , gərək rus dilindı qismən biləsən. Yeni ildən bu qayda tətbiq olunmalıdır. Gərək əvvəlcə deputatlar təsdiq eləsinlər. Qanun heç bir çətinlik yarada bilməz. Çünkü Rusiyada miqrantlar çatışmır. Rusiyanın əhalisinin sayı azdır. Ona görə də, bu məsələ burda kəskin qoyula bilmir". /ANS TV/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar