SON XƏBƏRLƏR

Sutkada 14 mindən çox insan AIDS-ə yoluxur

2021.10.20, 07:36
Sutkada 14 mindən çox insan AIDS-ə yoluxur

Gunaz.tv
Sutkada 14 mindən çox insan AIDS-ə yoluxur Dekabrın 1-i Dünyada AIDS-lə Beynəlxalq mübarizə günüdür caae3016-58c2-48b3-814d-97c4ffaa3a54_w203_s.jpg Dekabrın 1-i Dünyada AIDS-lə Beynəlxalq mübarizə günüdür. Yalnız bir il ərzində bütün dünyada 5 milyon, başqa sözlə sutkada 14 mindən çox insan AIDS-ə yoluxub, 30 milyon insan isə bu xəstəlikdən vəfat edib. «AIDS hələ də dünyada ölümün on əsas səbəblərindən biri, Afrikada isə birinci məhvedici xəstəlikdir»-, BMT Baş Katibi Ban Ki Munun AIDS-lə mübarizə günü münasibəti ilə müraciətində belə deyilir. AIDS-lə Mübarizə Mərkəzindən verilən məlumata görə, bu il Azərbaycanda 300 nəfərdə virusa yoluxma faktı aşkar edilib. Onlardan 254 nəfəri kişi, 45 nəfəri isə qadındır. Bu virusa yoluxma ehtimalı daha çox olan risk qrupu isə dəyişməz qalır: fahişələr və narkomanlar.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar