SON XƏBƏRLƏR

İRANDA QADIN FƏALLARA QARŞI TƏZYİQLƏR BMT-nin XÜSUSİ MƏRUZƏSİNƏ SALINIB

2021.10.20, 07:36
İRANDA QADIN FƏALLARA QARŞI TƏZYİQLƏR BMT-nin XÜSUSİ MƏRUZƏSİNƏ SALINIB

Gunaz.tv
BMT-nin insan hüquqları üzrə xüsusi məruzəçiləri Marqaret Sekaqiya və Yakın Ərtürk noyabrın 27-də birgə bəyanat yayaraq İran hökumətindən qadın hüquq müdafiəçilərinə təzyiqlərə son qoymağı tələb ediblər. «Media forum» saytının məlumatına görə, bəyanatda qadın-kişi hüquq bərabərliyi uğrunda dinc fəaliyyət aparan 1 milyon imza kampaniyası fəallarının ardıcıl təqib olunduqları, təzyiqə məruz qaldıqları bildirilir: «Qadın hüquqları uğrunda dinc fəaliyyət aparan fəallara qarşı təzyiqlər son iki ildə gün-gün artıb. İran təhlükəsizlik qüvvələri onların dinc toplantılarına, səfərlərinə mane olur, onları həbs etdirir». Marqaret Sekaqiya və Yakın Ərtürk İranda qadın fəallarının hüquqlarının pozulması ilə bağlı hazırladıqları hesabati BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığına təqdim ediblər. «Media forum»

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar