SON XƏBƏRLƏR

Güney Azərbaycan Milli Hərəkatının fəalı, mühəndis İbrahim Rəşidi (Savalan) azadlığa çıxıb

2021.10.20, 07:36
Güney Azərbaycan Milli Hərəkatının fəalı, mühəndis İbrahim Rəşidi (Savalan) azadlığa çıxıb

Gunaz.tv
Güneydə daha bir milli fəal azadlığa çıxdı ibrahim-reshidi.jpg Güney Azərbaycan Milli Hərəkatının fəalı, mühəndis İbrahim Rəşidi (Savalan) azadlığa çıxıb Dünya Azərbaycanlıları Konqresinin (DAK) mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, İbrahim Rəşidi 5 ay həbs cəzası çəkdikdən və 500 min rial cərimə ödədikdən sonra sərbəst buraxılıb. Xatırladaq ki, avqustun 5-dən Urmiya həbsxanasında saxlanılan Güney Azərbaycan Milli Hərəkatının fəalı İbrahim Rəşidi milli fəaliyyətinə görə ali təhsildən məhrum edilib. O, 2006-cı ilin may aksiyalarına qatıldığından mayın 28-də Urmiya şəhərində həbs olunub, 68 gün təkadamlıq kamerada saxlanıldıqdan sonra 5 ay həbs və 20 zərbə şallaq cəzasına məruz qalıb. İbrahim Savalan fars şovinist rejiminə qarşı təbliğat aparmaqda, pantürkizm və qanunsuz aksiyalarda iştirakda günahlandırılıb. Milli fəalın apellyasiya şikayəti nəticəsində 5 ay həbs cəzası qalmaqla 20 zərbə şallaq 50 min tümən (500 min rial) pul cəriməsinə dəyişdirilib. Qeyd edək ki, İbrahim Savalan 2000, 2001, 2003 və 2005-ci illərdə də dəfələrlə həbs olunub. Pərvin ABBASOV LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar