SON XƏBƏRLƏR

Obama "erməni soyqırımı"nı tanıyacaq?

2021.10.20, 07:36
Obama "erməni soyqırımı"nı tanıyacaq?

Gunaz.tv
Obama "erməni soyqırımı"nı tanıyacaq? Vəfa Quluzadə: "Onun həyata keçməyəcək vədlərindən biri elə bu vəd olacaq" Azərbaycan cəmiyyəti üçün Barak Obamanın, yoxsa Con Makkeynin ABŞ prezidenti seçilməsi o qədər də önəmli deyildi. Ancaq Obamanın yeri düşdükcə "erməni soyqırımı"nı tanıyacağı ilə bağlı verdiyi bəyanatlar Azərbaycanda "kaş Makkeyn seçilə" ovtaqını yaratmışdı. Bunun əksi oldu. İndi aktual olan sual budur: Obama "erməni soyqırımı"nı tanıyacaqmı? Prezident Aparatı ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov hesab edir ki, erməni diasporunun Amerika hökumətinin siyasətində təsir etmək cəhdləri Amerika xalqının maraqları ilə üst-üstə düşmür: "Təəssüf ki, Amerikanın siyasəti təkcə Amerika xalqının istək və arzuları üzərində deyil, bəzən ayrı-ayrı diasporların təsiri altında formalaşır. Bu bizim dövlətlərin ümumi maraqlarına cavab vermir. Biz düşünürük ki, kimin prezident seçilməsindən asılı olmayaraq, Amerikada ümumi maraqlar, dövlət maraqları, milli maraqlar üstün tutulacaq. Bu siyasət isə Azərbaycanın maraqlarına cavab verir" (APA). Şöbə müdiri "erməni soyqırımı"nın tanınmasının iflasa məhkum olduğunu vurğulayıb: "Erməni soyqırımı olubsa, gec və ya tez tanınmalıdır. Olmayıbsa, kiminsə bunu tanıdığını elan etməsi heç nəyi dəyişmir. Tarix hər şeyi zamanında öz yerinə qoyur. Konkret halda "erməni soyqırımı" uydurma, cəfəngiyyat, reallığı əks etdirməyən xülyadır. Bunun tarixə salınması, tarixdə təsdiqlənməsi qeyri-mümkündür". Politoloq Vəfaq Quluzadə isə düşünür ki, B.Obamanın həyata keçirməyəcəyi vədlərindən biri "erməni soyqırımı"nın tanınması barədə verdiyi vəd olacaq. O, indiyədək ABŞ-da bütün prezidentlərin saxta "erməni soyqırımı"nı tanıyacaqları haqda vəd verdiklərini, amma seçkidən sonra bunun əksinə hərəkət etdiklərini xatırladıb: "ABŞ-ın milli maraqları Türkiyə ilə dostluğu tələb edir. Olduqca təhsilli, intellektual bir şəxsiyyət olan Barak Obama bilir ki, heç bir soyqırım olmayıb. O, tarixdə sübut olunmamış yalanı dəstəkləyə bilməz. Sözsüz ki, seçkiqabağı kampaniya zamanı çox şey deyilir, amma heç vaxt verilən vədlərin yüz faizi həyata keçmir. Bunlardan biri də "erməni soyqırımı"nın tanınması olacaq". Obamanın seçki qərargahında millətlərarası münasibətlərə dair məsləhətçisinin də erməni olduğun xatırladan politoloq Qabil Hüseynli yeni prezidentin komandasında erməni diasporunun təsirinin olacağını güman edir: "Amerika vətəndaşı olan ermənilərin böyük bir qismi də ona səs verib. Obamanın da erməni lobbisinə verdiyi vəd var. Bu baxımdan Obama "erməni soyqırımı" məsələsində təhlükəli ola bilər. Onsuz da Amerika cəmiyyətində qondarma soyqımımı tanımaq istiqamətində cəhdlər demək olar ki, finişə yaxınlaşmaqdadır. Ötən il yalnız Buşun işə qarışmasından sonra Konqresdə bunun qəbulunu önmələk oldu. Mənə elə gəlir ki, bu dəfə, Obamanın dövründə məsələ qaldırılanda daha da çətin olacaq. Ymumiyyətlə Qarabağ məsələsində də çətin olacaq. Azərbaycanla Türkiyə Obamanın ermənilərələ bağlı siyasətində ayıq-sayıq olmalıdırlar. "ABŞ-a hər hansı prezident hakimiyyətə gəldikdən sonra seçkiqabağı vədlərini yerinə yetirməklə yanaşı, ölkənin milli maraqlarını da düşünür". Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının sədri Səməd Seyidov yeni seçilmiş prezidentin "erməni soyqırımı"nı tanıyıb-tanımayacağına dair sualı belə cavablandırıb: "Yəqin ki, Barak Obama Amerikanın maraqlarını dərindən düşünərək düzgün addımlar atacaq və bu addımlar bizim regionu Amerikadan uzaqlaşdırmayacaq, əksinə, yaxınlaşdıracaq". Aqil CAMAL

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar