SON XƏBƏRLƏR

Türkiyənin hakim partiyasının daha bir qərargahında partlayış baş verib

2021.10.20, 07:36
Türkiyənin hakim partiyasının daha bir qərargahında partlayış baş verib

Gunaz.tv
Türkiyənin hakim partiyasının daha bir qərargahında partlayış baş verib hakkari-terror.jpg Bu dəfəki hadisə Hakkari vilayətinin Çukurca rayonunda törədilib Bir qədər əvvəl Türkiyənin Hakkari vilayətinin Çukurca rayonunda hakim Ədalət və İnkişaf Partiyasının qərargahının ikinci mərtəbəsində partlayış baş verib. Rayonun mərkəzində yerləşən Cümhuriyyət prospektində yerləşən binaya ziyan dəyib. Partlayışdan dərhal sonra Çukurca polisi yüksək təhlükəsizlik tədbirləri görüb. Mütəxəssislər ikinci partlayış ehtimalını yoxlayır və binada axtarış aparılır. Xatırladaq ki, bir neçə gün öncə Hakkari şəhərində də Ədalət və İnkişaf Partiyasının yerli qərargahında partlayış baş vermişdi. Partalyış nəticəsində iki nəfər xəsarət almışdı. /ANS PRESS/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar