SON XƏBƏRLƏR

Avropa İttifaqı prezidentlərin Moskva görüşünü alqışlayır

2021.10.20, 07:36
Avropa İttifaqı prezidentlərin Moskva görüşünü alqışlayır

Gunaz.tv
Avropa İttifaqı prezidentlərin Moskva görüşünü alqışlayır havyer-solana-05-11-08.jpg Havyer Solana: «Bu, Azərbaycan və Ermənistanda keçirilmiş prezident seçkilərindən sonra prezidentlərin görüşməsi üçün yaxşı imkan olub» «Avropa İttifaqı Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin noyabrın 2-də Moskvada keçirilmiş üçtərəfli görüşünü alqışlayır». Bunu Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali komissarı Havyer Solana, Ermənistan prezidenti Serj Sarkisyanla Brüsseldə keçirdiyi mətbuat konfransında deyib. Onun fikrincə, bu, Azərbaycan və Ermənistanda keçirilmiş prezident seçkilərindən sonra prezidentlərin görüşməsi və bir-birinin əlini sıxması üçün yaxşı imkan olub. Havyer Solana ümid etdiyini bildirib ki, belə görüşlər davamlı olacaq. Havyer Solana, Dağlıq Qarabağ münaqişəsinin həlli formatının ATƏT-in Minsk Qrupunun olduğunu xatırladıb: «Biz bu mövzunu Ermənistan prezidenti ilə də müzakirə etdik. Prosesin davamı yaxşı olardı». /ANS PRESS/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar