SON XƏBƏRLƏR

Obama yeni Kabinetin təşkil edilməsinə başlayıb

2021.10.20, 07:36
Obama yeni Kabinetin təşkil edilməsinə başlayıb

Gunaz.tv
Obama yeni Kabinetin təşkil edilməsinə başlayıb 20081105120720obamacapa.jpg Xəbər verilir ki, prezident seçilmiş Barak Obama İllinoys ştatının konqressmeni, vaxtilə prezident Klintonun müşaviri olmuş Rahm Emanueldən administrasiyasının başçısı olmağı xahiş edib. Cənab Obamanın eləcə də yeni Xəzinə yaxud da Maliyyə naziri təyin edəcəyi gözlənilir. Müxbirlərin dediyinə görə, bu vəzifəyə ehtimal namizədlər kimi Nyu-York Federal Ehtiyatlarının başçısı Timoti Geytner və sabiq Maliyyə naziri Larry Summersin adları çəkilir. Eləcə də söz-söhbətlər gəzlir ki, Barak Obama hazırki Müdafiə naziri Robert Getsı vəzifədə saxlasın. Yeni prezidentin andiçmə mərasimi 2009-cu il Yanvarın 20-də keçiriləcək. O vaxta qədər o, keçid kimi tanınan məsuliyyətli və önəmli bir dövrdə, həm komandasını formalaşdırmalı, həm də qarşıdan gələn həftələrın gündəliyində nələrin əsas prioritetlər olduğunu müəyyənləşdirməlidir. Müxbirlərin də dediyi kimi, Amerikanın yeni prezidenti qarşısında çox çətin vəzifələr durur. Ona prezident Buşdan iki müharibəyə cəlb olunmuş, maliyyə böhranı yaşayan və dünyada öz aparıcı imicini itirməyə başlayan bir ölkə miras qalıb.bbc

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar