SON XƏBƏRLƏR

Dünya liderləri Barak Obamanı təbrik edirlər

2021.10.20, 07:36
Dünya liderləri Barak Obamanı təbrik edirlər

Gunaz.tv
Dünya liderləri Barak Obamanı təbrik edirlər Obamanın qələbəsinə reaksiya 20081105141325indo_obama_afp.gif Dünya liderləri Barak Obamanı təbrik edirlər. Cənubi Afrikanın sabiq prezidenti Nelson Mandela öz təbrikində qeyd edib ki, Barak Obamanın qələbəsi göstərir ki, "hər kəs həyatı yaxşılığa döğru dəyişmək barədə arzu etməkdən qalmamalıdır. Sabiq BMT Baş Katibi Koffi Annan bu qələbəni "ömründə gözləmədiyi tarixi hadisə" adlandırıb. İspaniyanın Baş Naziri Xose Luis Rodriges Zapatero deyib ki, "bu hadisə dünyada sülh və təhlükəsizlik üçün daha ümidverici perspektivlər açır." Britaniyanın Baş Naziri Qordon Braun deyib ki, B.Obama "Britaniyanın həqiqi dostu olacaq". B.Obamanı Roma Papası Benedikt XVI adından sözçü Federico Lombardi də təbrik edib. «Düşünürəm, o, anlayır ki, tək başına heç kim dünyanın problemlərini həll edə bilməz", - deyib Almaniyanın kansleri Angela Merkel.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar