SON XƏBƏRLƏR

İspaniya bin Ladenin oğluna siyasi sığınacaq vermədi

2021.10.20, 07:36
İspaniya bin Ladenin oğluna siyasi sığınacaq vermədi

Gunaz.tv
İspaniya bin Ladenin oğluna siyasi sığınacaq vermədi laden-otkaz.jpg Ömər “İspaniyaya səfər və orada yaşamaq tələbləri və şərtlərinə uyğun gəlmir” İspaniya Xarici İşlər Nazirliyi “əl-Qaidə” terror təşkilatının lideri Üsamə bin Ladenin oğlu Ömərə siyasi sığınacaq verməkdən imtina edib. Lent.az-ın “Associated Press” agentliyinə istinadən verdiyi məlumata görə, hakimiyyət orqanları Ömər Üsamə bin Ladenin “İspaniyaya səfər və orada yaşamaq tələbləri və şərtlərinə uyğun gəlmədiyi” barədə qərar çıxarıb. Hələlik Üsamə bin Ladenin kiçik oğluna siyasi sığınacaq verilməsindən imtinanın konkret səbəbləri göstərilmir. Amma onun qərardan apellyasiya şikayəti vermək üçün 24 saat vaxtı var. Ömərin hələ də Madrid hava limanının tranzit zonasında saxlanıldığı bildirilir. Xatırladaq ki, 28 yaşlı Ömər noyabrın 3-də Qahirədən Kasablankaya uçan təyyarənin qısa müddət üçün Madrid hava limanına enməsindən sonra bu ölkənin rəhbərliyindən siyasi sığınacaq istəyib. Bin Ladenin 19 oğlundan biri olan Ömər özünü pasifist adlandırır və vaxtilə Əfqanıstandakı düşərgədə təlim keçməsinə baxmayaraq atasının ideya və fəaliyyətini rədd edir. LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar