SON XƏBƏRLƏR

Serj Sarkisyan: «Gələn ilin oktyabrında Türkiyəyə səfər edib-etməyəcəyim danışıqların gedişindən asılı olacaq»

2021.10.20, 07:36
Serj Sarkisyan: «Gələn ilin oktyabrında Türkiyəyə səfər edib-etməyəcəyim danışıqların gedişindən asılı olacaq»

Gunaz.tv
«Barak Obama Ermənistan-Türkiyə əlaqələrinin normallaşmasına kömək edə bilər» serj-sarkisyan-05-11-08.jpg Serj Sarkisyan: «Gələn ilin oktyabrında Türkiyəyə səfər edib-etməyəcəyim danışıqların gedişindən asılı olacaq» Ermənistan prezidenti Serj Sarkisyan hesab edir ki, Barak Obamanın ABŞ prezidenti seçilməsi Ermənistan-Türkiyə əlaqələrinin normallaşmasına kömək edəcək. O, Brüsseldə Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali komissarı Havyer Solana ilə birgə keçirdiyi mətbuat konfransında əmin olduğunu bildirib ki, Barak Obama, əlaqələrin normallaşmasına yardım göstərək. Lakin Ermənistan prezidentinin fikrincə, əlaqələrin normallaşması ilk növbədə tərəflərin özlərindən asılıdır. Türkiyəyə cavab səfərinin mümkünlüyü barədə suala cavab verən Serj Sarkisyan deyib ki, bu, danışıqların gələcək gedişindən asılıdır: «Türkiyə prezidenti Abdullah Gül İrəvanda olarkən məni futbol üzrə Türkiyə və Ermənistan yığmalarının 2009-cu ilin oktyabrında İstanbulda keçiriləcək görüşünü izləməyə dəvət edib. Mən hesab edirəm ki, qarşıda bir il var və bu müddət ərzində biz uğur əldə edə bilərik». /ANS PRESS/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar