SON XƏBƏRLƏR

Qəzzada ara yenidən qarışdı

2021.10.20, 07:36
Qəzzada ara yenidən qarışdı

Gunaz.tv
Qəzzada ara yenidən qarışdı israil-raketi.jpg Yaxın Şərqdə vəziyyət ötən gündən başlayaraq pisləşməyə başlayıb. İyunda əldə olunmuş atəşkəs planından bəri İsrail hərbi qüüvələri ilk dəfə Qəzzada hərbi əməliyyatlar keçirib. Noyabrın 4-də baş vermiş hücumda 6 nəfərin ölməsinə cavab olaraq fələstinli döyüşçülər dünən İsrailin Aşkelon şəhərinə 35 raket atıblar. İsrail tərəfi isə raketlərin atıldığı Qəzanın şimalındakı Cəbəliyə bölgəsinə avia-zərbələr endirib. Hücumda bir fələstinli həlak olub, 4-ü isə yaralanıb. Fələstin tərəfi ölən və yaralanların İslami-Cihad təşkilatı üzvüləri olduğunu bildirib. Həmas və İslami-Cihad təşkilatları İsrailin hücumlarını dayandıracağı təqdirdə sakitçilyini bərpa ola biləcəyini bəyan ediblər. İsrail Müdafiə Nazirliyi isə öz növbəsində atəşkəsin pozulmasını istəmədiyini, lakin təhlükənin olacağı təqdirdə hərəkətə başlayacaqlarını bildirib. İsrail hərbiçiləri deyiblər ki, əməliyyatlarda məqsəd Qəzzadakı yeraltı tunnelləri dağıtmaq olub. Bu gün regiona birləşmiş ştatların dövlət katibi Kondaliza Rays növbəti dəfə səfər edəcək. Bu arada Amerikanın yeni prezidenti seçilmiş Barak Obama hakimiyyəti dövründə Yaxın Şərq münaqişəsinin həllinə xüsüsi diqqət yetirəcəyini bəyan edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar