SON XƏBƏRLƏR

Sarkisyana qarşı sui-qəsd hazırlanıb

2021.10.20, 07:36
Sarkisyana qarşı sui-qəsd hazırlanıb

Gunaz.tv
Sarkisyana qarşı sui-qəsd hazırlanıb sarkisyan.jpg Ermənistan prezidentinin təyyarəsi partladıla bilər Ermənistan Milli Təhlükəsizlik Xidməti ölkə prezidenti Serj Sarkisyana qarşı sui-qəsd hazırlandığı barədə məlumatı araşdırır. Lent.az-ın “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, sui-qəsd məlumatını “Aykakan jamanak” (“Erməni vaxtı”) qəzeti yayıb. Faktla bağlı “Dövlət xadiminə qarşı sui-qəsd hazırlığı” maddəsilə cinayət işi qaldırılıb. Məqaləni yazan jurnalist Lusine Barseqyan isə ifadə vermək üçün MTX-yə dəvət olunub. Məqalədə Fransa vətəndaşı, Qarabağ müharibəsində iştirak edən Sarqis Aptsanyanın bəyanatına yer ayrılıb. Aptsanyan iddia edir ki, Sarkisyana qarşı bir neçə sui-qəsd ssenarisi hazırlanıb. Onlardan biri də prezident təyyarəsinin partladılmasıdır. Fransa vətəndaşı bu informasiyanı ona Avropa ölkələrindən birinin hərbi akademiyasında dərs deyən tanışının ötürdüyünü bildirib. Aptsanyan iddia edir ki, sui-qəsddə keçmiş prezident Robert Köçəryan və parlament koalisiyasına daxil olan “Daşnaksyutun” partiyası maraqlıdır. O, “düşmənə bir qarış torpaq da vermək olmaz” şüarının tərəfdarlarının da Sarkisyanın öldürülməsində iştirak edə biləcəklərini vurğulayıb. LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar