SON XƏBƏRLƏR

İran rejiminin Azərbaycanlı qulları bu xəbərdən ibrət dərsi almalıdırlar

2021.10.20, 07:36
İran rejiminin Azərbaycanlı qulları bu xəbərdən ibrət dərsi almalıdırlar

Gunaz.tv
İran rejiminin Azərbaycanlı qulları bu xəbərdən ibrət dərsi almalıdırlar Dəfələrlə təcrübə nişan verib ki, İranın irqçi fars rejimi hətta ona illərlə qulluq etmiş fərdlər də, əgər bir balaca müxalif fikrə düşsələr, onların da "parlaq keçmişinə" göz yumub, öz hakimiyyətinə qurban edir. Bu iddianın sübutu üçün əgər Əkbər Ləkistaninin başına gələni şərh etsək, yaxşı fakt ola bilər. Fars dilində yayılan Amerikanın səsi radiosunun verdiyi məlumata görə, Ə.Ləkistani Maku şəhərinin Şəhər Şurasının başqanı olub və İran -- İraq müharibəsində 28 ay 24 gün qızğın döyüş cəhbəsinin ön sırasında döyüşüb və rejim onun xidmətini dəyərləndirmək üçün onu "canbaz" adlandırıb. Yəni, hakimiyyətə xatir canından keçən. Amma bütün bunlara baxmayaraq, Xoy şəhərinin inqilab məhkəməsi onu dini rəhbəri təhqir etməkdə və hökümətə qarşı təbliğat aparmada ittihamlayıb və buna görə də onu 3 il həbsə məhkum edib. Əkbər Ləkistaninin Fars dilində yayılan Amerikanın səsi radiosuna verdiyi məlumata görə, 2006 - cı il may ayında Azərbaycanda kütləvi etiraz aksiyası keçiriləndən sonra, o, bu aksiya zamanı fars rejimi tərəfindən öldürülmüş 92 nəfərin siyahısın BMT - yə göndərib və minlərlə Azərbaycanlının yaralanmasın xatırladıb. O, hətta bu mövzu ilə əlaqədar xaricdə yayılan bəzi radiolara müsahibə verib. Əhmədnijad Maku şəhərinə gələndə şəhərin İmam Cüməsi bir bəsici tərəfindən ( inqilabdan sonra yaranan hərbi qüvvə ) səs gücləndirici vasitəsi ilə xalqa müraciət etmişdir ki: "Şəhər Şurası bildirir ki, prezidenti səmimi qarşılasınlar." Əkbər Ləkistani bu sözə reaksiya göstərib, səs gücləndiricini alıb, xalqa xitab deyir ki: "Əhmədnijad İranda vətəndaşlıq haqların qıç altına qoyub və Azərbaycanlıların qətlinə fərman verib." Elə bu səbəblərə görə, 2007 - ci ildə ETTELAAT məmurları tərəfindən tutulub və bir ay həbsdə qalıb. Nəhayət, 40 milyon tümənlik zəmanət ilə azad olub, amma 2008 - ci il, yəni bir neçə gün bundan əvvəl Xoy şəhərinin inqilab məhkəməsi onu 3 il həbsə məhkum edib. Bu yazının başlığın sonda da təkrar edirik: İRAN REJİMİNİN AZƏRBAYCANLI QULLARI BU XƏBƏRDƏN DƏRS ALIB VƏ ÖZ BÖYÜK MİLLƏTLƏRİNƏ ÜZ TUTMALIDIRLAR. Fars dilində yayılan Amerikanın səsi radiosunda səsləndirilmiş xəbəri dinləmək üçün bu linki yükləyin. Əkbər Ləkistani azadtribun

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar