SON XƏBƏRLƏR

BARAK OBAMANIN NƏNƏSİ KENİYADA BRİFİNQ KEÇİRİB

2021.10.20, 07:36
BARAK OBAMANIN NƏNƏSİ KENİYADA BRİFİNQ KEÇİRİB

Gunaz.tv
BARAK OBAMANIN NƏNƏSİ KENİYADA BRİFİNQ KEÇİRİB saraobama-2.jpg Sara Obama ABŞ-ın yeni seçilmiş prezidenti Barak Obamanın Keniyada yaşayan nənəsi (atasının anası) Sara Obama mətbuat nümayəndələri üçün kiçik brifinq keçirib. S.Obama nəvəsinin qalib gəlməsi xəbərini eşidəndə keçirdiyi hisslərdən danışıb. O, seçkinin nəticələrindən şoka düşdüyünü, nəvəsinin qələbəsindən çox məmnun qaldığını bildirib: «Keniyadakı hər bir ailədə olduğu kimi mən də bu uğuru qeyd etmək istəyirəm və qeyd edəcəm də». Toplantıda S.Obamanın dediklərini ingilis dilinə Barak Obamanın ögey bacısı Auma Obama tərcümə edib. «Media forum»

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar