SON XƏBƏRLƏR

Astanada türk ölkələrinin xüsusi xidmət orqanları Konfransının 11-ci iclası keçirilib

2021.10.20, 07:36
Astanada türk ölkələrinin xüsusi xidmət orqanları Konfransının 11-ci iclası keçirilib

Gunaz.tv
Astanada türk ölkələrinin xüsusi xidmət orqanları Konfransının 11-ci iclası keçirilib Bakı. Laçın Sultanova-APA. Bu gün Astanada türkdilli ölkələrin xüsusi xidmət orqanları Konfransının 11-ci iclası keçirilib. APA-nın Qazaxıstan KİV-nə istinadən məlumatına görə, iclasda xüsusi xidmət orqanları arasında aktual məsələlərlə bağlı çoxtərəfli və ikitərəfli əməkdaşlığın beynəlxalq və regional təhlükəsizlik üçün genişlənməsi imkanları müzakirə olunub. Toplantıda beynəlxalq terrorizm, ekstremizmlə mübarizə, dini ekstremizm, beynəlxalq narkobiznes və transmilli cinayətkarlığın regionda infrastrukturunun ləğvi sahəsində təcrübə mübadiləsi aparılıb. İclasda Qazaxıstan, Azərbaycan, Qırğızıstan, Türkiyənin xüsusi xidmət orqanlarının rəhbərləri və ekspertləri iştirak ediblər. Rusiya və Ukrayna xüsusi xidmət orqanlarının nümayəndələri tədbirə müşahidəçi qismində qatılıblar.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar