SON XƏBƏRLƏR

İRANDA HƏBSDƏ SAXLANAN QADIN HÜQUQ MÜDAFİƏÇİSİ MİLLİ TƏŞLÜKƏSİZLİYƏ QARŞI ÇIXMAQDA GÜNAHLANDIRILIR

2021.10.20, 07:36
İRANDA HƏBSDƏ SAXLANAN QADIN HÜQUQ MÜDAFİƏÇİSİ MİLLİ TƏŞLÜKƏSİZLİYƏ QARŞI ÇIXMAQDA GÜNAHLANDIRILIR

Gunaz.tv
HƏBSDƏ SAXLANAN QADIN HÜQUQ MÜDAFİƏÇİSİ MİLLİ TƏŞLÜKƏSİZLİYƏ QARŞI ÇIXMAQDA GÜNAHLANDIRILIR eshamomini.jpg İran Məhkəmə Sisteminin sözçüsü Əlirza Cəmşidi jurnalistlərə açıqlamasında oktyabrın 15-də tutulan qadın hüquq müdafiəçisi Əşa Mömininin milli təhlükəsizliyə qarşı çıxmaqda günahlandırıldığını bildirib. Kaliforniyadakı ali məktəblərin birində incəsənət və kommunikasiya ixtisası üzrə təhsil alan hüquq müdafiəçisini ETTELAAT həbs edib. Qadın-kişi hüquq bərabərliyi uğrunda fəaliyyət aparan 1 milyon imza kampaniyasının fəal üzvləri Ə.Mömininin İranda qadınların vəziyyəti barədə çəkdirdiyi sənədli bir filmə görə həbsə salındığını deyirlər. Ə.Mömini hazırda Tehranın Evin həbsxanasının 209-cu korpusunda saxlanır. «Media forum»

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar