SON XƏBƏRLƏR

Güney azərbaycanlılıarının tələbə jurnalları bağlanıb

2021.10.20, 07:36
Güney azərbaycanlılıarının tələbə jurnalları bağlanıb

Gunaz.tv
İran azərbaycanlılıarının tələbə jurnalları bağlanıb afp_iran_women_journalists_23may07_210.jpg Qeyri rəsmi mənbələrini yaydığı məlumata görə, Zəncan Universitetinin azərbaycanlı tələbələri tərəfindən nəşr edilən “Yoldaş” və “Kimlik” dərgiləri bağlanıb. “Oyreni”, “Armanazer” və “Roshengeri” kimi saytlarının bildirdiyinə görə, bu jurnalların fəaliyyətinə qadağa qoyulması haqda həmin jurnalların baş yazarlarına universitetin Mədəniyyət Məsələləri üzrə direktorluğu tərəfindən bildirilib. Jurnalların nəşrinə qadağa qoyulmasının səbəbi barədə hər hansı məlumat verilməyib. Həmin mənbələr “Yoldaş” və “Kimlik”jurnallarının bağlanmasından daha öncə Zəncan Universitetinin İslami Tələbə Cəmiyətinin də yasaqlandığını xəbər vermişdi. Tələbə jurnallarının çoxu azərbaycanlı tələbələrin öz maliyyə imkanları hesabına ayda bir dəfə dərc edilir. Bu jurnallar adətən iki dildə, Azərbaycan Türkcəsi və Fars dillərində nəşr olunur. Jurnallarda İranda insan haqlarının vəziyyəti və İran Azərbaycanındakı siyasi-ictimai vəziyyət barədə yazı və xəbərlərə yer verilir. Bu jurnallar adətən iki dildə, Azərbaycan Türkcəsi və Fars dillərində nəşr olunur. Jurnallarda İranda insan haqlarının vəziyyəti və İran Azərbaycanındakı siyasi-ictimai vəziyyət barədə yazı və xəbərlərə yer verilir.voa

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar