SON XƏBƏRLƏR

BARAK OBAMA: «DÜNYANIN UNUDULMUŞ NÖQTƏLƏRİNƏ SƏSLƏNİRƏM, SİZ ABŞ-ın YENİ LİDERİNİ DİNLƏYİRSİNİZ»

2021.10.20, 07:36
BARAK OBAMA: «DÜNYANIN UNUDULMUŞ NÖQTƏLƏRİNƏ SƏSLƏNİRƏM, SİZ ABŞ-ın YENİ LİDERİNİ DİNLƏYİRSİNİZ»

Gunaz.tv
BARAK OBAMA: «DÜNYANIN UNUDULMUŞ NÖQTƏLƏRİNƏ SƏSLƏNİRƏM, SİZ ABŞ-ın YENİ LİDERİNİ DİNLƏYİRSİNİZ» obama-chixish11.jpg ABŞ prezidenti seçilən Barak Obama Çikaqoda tərəfdarları qarşısında ilk çıxışını edib. «Amerikaya bir dəyişiklik gəldi, röya gerçək oldu. ABŞ demokratiyasını sual altına alanlar bu gecə cavablarını aldılar» deyən Obama seçki kampaniyası zamanı ona yaxından yardım göstərən hər bir kəsə minnətdarlıq edib. Yeni prezident ABŞ siyasətinə yenilik gətirməyi vacib saydığını və qarşıda uzun bir yol olduğunu vurğulayıb: «Sizə söz verirəm, birlikdə xəyal etdiyimiz nöqtəyə çatacağıq. Əlbəttə, çətinliklər və xətalar da, hər etdiyimi dəstəkləməyənlər də olacaq. Amma sizlərlə həmişə dürüst davranacağam. Hər zaman sizin yardımınızı istəyəcəm. Bu zəfər bizə verilən bir şansdır. Bu şans sizin sayənizdə gerçəkləşdi». Obama seçkidə onun rəqibini dəstəkləyənlərə də mesaj göndərib: «Mənə dəstək verməyənlər, sizdən səs almadım, amma səsinizi duyuram. Mən sizin də yanınızda olacam, söz verirəm. Dünyanın unudulmuş nöqtələrinə səslənirəm, siz ABŞ-ın yeni liderini dinləyirsiniz». «Media forum»

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar