SON XƏBƏRLƏR

Milyon dollarlıq əsginas buraxıldı

2021.10.20, 07:36
Milyon dollarlıq əsginas buraxıldı

Gunaz.tv
Milyon dollarlıq əsginas buraxıldı milyon-dollar-eskinas.jpg Zimbabvedə inflyasiya 231 milyon faizə çatıb Zimbabve hökuməti dövriyyəyə böyük nominalda əsginaslar daxil edib. Lent.az-ın “France Presse” agentliyinə istinadən verdiyi məlumata görə, noyabrın 5-dən etibarən 100 min, 500 min və 1 milyon dollarlıq əsginaslar dövriyyəyə buraxılıb. Qeyd edək ki, qara bazarda 100 minlik əsginas cəmi 1 ABŞ dollarına bərabərdir. Hökumət bir ay əvvəl dövriyyəyə 50 min dollarlıq əsginas buraxmışdı. Bu addım hər ay yeni mütləq dünya rekordu vuran inflyasiyanın sürəti səbəbindən atılıb. Qeyd edək ki, 2008-ci il sentyabrın sonunda istehlak mallarının 12 aylıq qiymət artımı 231 milyon faiz (!) təşkil edib. Zimbabve Mərkəzi Bankı inflyasiyanın qarşısını almaq məqsədilə müxtəlif tədbirlərə, o cümlədən əsas ərzaq məhsullarının qiymətinin dondurulmasına əl atıb. Bundan əlavə, avqust ayında həyata keçirilən denominasiya nəticəsində Zimbabve dollarının üzərindəki 10 ədəd sıfır pozulub. Amma bu tədbirlərin heç biri uğur gətirməyib və hökumət avro və ABŞ dollarının dövriyyəyə buraxılmasına icazə verib. Bu addım onunla bağlı olub ki, Zimbabvedə pul çap etmək üçün kağız qurtarıb... LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar