SON XƏBƏRLƏR

Bakıda əhalinin sıx olduğu yerlərə kameralar quraşdırılır

2021.10.20, 07:36
Bakıda əhalinin sıx olduğu yerlərə kameralar quraşdırılır

Gunaz.tv
Bakıda əhalinin sıx olduğu yerlərə kameralar quraşdırılır din-bina.jpg Daxili İşlər Nazirliyi Bakıda keçirdiyi “Təhlükəsiz Şəhər” layihəsi çərçivəsində əhalinin sıx olduğu yerlərə videomüşahidə qurğuları quraşdırır. APA-nın məlumatına görə, bu barədə DİN-in Baş Mühafizə İdarəsinin rəisi Mədəd Quliyev bildirib: “Bu layihənin həyata keçirilməsində məqsəd cinayətkarlığın qarşısını vaxtında almaq, eləcə də ictimai yerlərdə təhlükəsizliyi təmin etmək və törədilmiş cinayətlərin üstünü açmaqdır”. M. Quliyevin sözlərinə görə, video-müşahidə qurğuları küçələrdə baş verən hadisələri lentə alacaq. Lazım olduqda hüquq-mühafizə orqanları həmin məlumatlardan istifadə edəcəklər. LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar