SON XƏBƏRLƏR

IRANDA HƏBS VƏ EDAMLARİN YENİ DALĞASI

2021.10.20, 07:36
IRANDA HƏBS VƏ EDAMLARİN YENİ DALĞASI

Gunaz.tv
IRANDA HƏBS VƏ EDAMLARİN YENİ DALĞASI irandadashqalaq.jpg 1979-cu ildə təməli qanla qurulan faşist molla hakimiyyəti otuz ildir ki, İran adlanan ölkədə demək olar ki hər gün açıq və gizli şəkildə edamlar və daşqalaqlar, şallaq və bir neçə növ işkəncə həyata keçirilir. Bu hakimiyyəti qəbul etməyən və ya mollalar kimi fikirləşməyən hər bir şəxs kimliyindən asılı olmayaraq təzyiq, təqib, həbs, işkəncə, şər və böhtan və ya casusluq ittihamları ilə tutulur, ağır cəzalara məhkum edilərək uzun müddətli həbslərə və edamlara məruz qoyulurlar. İran adlanan ölkənin 60% təşkil edən Güney Azərbaycan Türkləri son 30 ildə molla hakimiyyəti tərəfindən ən çox edam və işkəncələrə məruz qalan xalq hesab olunur bunun əsas səbəblərinin biri ondan ibarətdir ki Güney Azərbaycan Türkləri tarix boyu bölgədə böyük inqilablar və devrimlərə imza atmışlar. Ədalətsizliyə, zülmə və əsarətə boyun əyməyən Azərbaycan turkləri bu hakimiyyəti ilk günlərdən qəbul etmədi bunun nəticəsində minlərlə Azərbaycan türkü min bir bəhanəilə kütləvi surətdə həbs edilərək 1980-1987-ci illər arası təxminən 47 min savadlı və siyasi insanları İran adlanan ölkənin həbsxanalarında, təhlükəsizlik orqanlarında ağır işkəncələrlə yanaşı edam edildilər. İran İraq müharibəsi zamanı bir milyondan artıq günahsız vətənsevər insan öldürüldü, onların əksəriyyətini Güney Azərbaycan türkləri təşkil edir. Fars şovinizminin qulluğunda olan faşist molla hakimiyyəti Güney Azərbaycan milli azadlıq hərəkatının qarşısını almaq üçün 1980-ci ildə Xalq Müsəlman hərəkatını qanla yeksan etdi, min nəfərə yaxın Azərbaycanlını bir həftə içərisində edam etdirdi. Onların içərisində adi vətəndaşlarla yanaşı hərbiçilərdə var idi. Molla hakimiyyəti insanları xof, vəhşət içərisində saxlamaq məqsədilə həbs və edamların yeni mərhələsini başlayıb. Son aylarda İran adlanan ölkədə rəsmi məlumatlarda bu il İranda 470 nəfər edam olunub. Onların 27 nəfəri qadın 17 nəfər azyaşlı gəncdir. Bu rəqəmlər İranın məhkəmə orqanlarının verdiyı məlumatlardan alınıb. Lakin İran adlanan ölkədə edam və şübhəli şəkildə ölümlərin sayı dəfələrlə bu raqələrdən artıqdır. Molla hakimiyyəti çalışır ki, edam etdiyi insanları siyasi yox, onları cinayətkar və ya narko-baron adlandırsın, buda beynəlxaq təşkilatları və dünya ictimaiyyətini aldatmaq üçün bir yol dur. Son dövrlərdə Güney Azərbaycanda çoxlu sayda milli hərəkat fəalları şübhəli şəkildə oğurlanıb ağır işkəncələr verilərək öldürülüb və şəhərin müxtəlif yerlərinə atılıb. Milli fəallar və siyasi şəxslər yol qəzalarında, iş yerlərində, faciəli surətdə öldürülurlər. Edama məhkum edilən qızlar həbsxana rəisləri, hakimlər və məmurlar tərəfindən cinsi təcavüzə məruz qoyulurlar. Molla qanununda qız gərək bakirə dünyadan getməsin buna görə edam olunan qızlar edama qədər dəfələrlə təcavüzə məruz qalırlar. 30 il molla hakimiyyəti dövründə İranda ən azı 3 milyon insanın müxtəlif usullarla edam olunduğu ehtimal olunur. İranda edamlar bir neçə üsulla həyata keçirilir. Dar ağacından asma, daşqalaq, hündür binalardan atılmalar, bədən əzalarının kəsilməsilə öldürülmələr, çoxlu sayda şallaq zərbələri vurmaqla öldürülmələr, gülələmə və bir şəxsə iki və ya üç dəfə edam höküm vermək bu usulda edam olunan şəxs asılır ölənə yaxın endirilir və təkrarən asılır. Molla hakimiyyəti məqsədyönlü şəkildə narkotik maddələri ölkə daxilində geniş yayılmasına tam şərait yaradır və bu maddələrə aludə olanların əksəriyyətini gənclər təşkil edir. Rəsmi məlumatlara əsasən İran adlanan ölkədə 15 milyona yaxın narkaman var ki onların 50%-ni müalicə etmək mümkün deyil. Təkcə Tehranda hər gün 6 tona yaxın tiryək məsrəf olunur. Araşdırmalarda göstərilir ki, 1980-ci illərə qədər Güney Azərbaycanda narkotiklərə aludələrin sayı 1% idisə hal-hazırda bu rəqəm 30%-dan artıqdır. Mollla hakimiyyəti səssiz ölüm siyasətini narkotik maddələrlə həyata keçirir. Belə ki Güney Azərbaycan ərazilərinə külli miqdarda neçə növ narkotik maddələri ucuz qiymətlərlə əhali arasında yayılmasına heç bir maneəçilik yaratmır, əksinə bu zəhərli maddələrin qonşu ölkələrədə keçirilməsinə də şərait yaraldır. Bunun nəticəsində Quzey Azərbaycan, Türkiyə, Rusya və bir neçə başqa ölkələrdə molla hakimiyyətinin yaydığı zəhərli maddələrlə İran adlanan ölkədə və dünyada nə qədər insan ölür və ya ağır xəstəliklərə duçar olur. Bütün bu acı həqiqətlər bu gündə İran adlanan ölkədə faşist molla hakimyyəti tərəfindən həyata keçirilir. Bu hakimiyyət 2006-cı il may ayında Güney Azərbaycan türklərini təhqir edən karikatura etiraz edənlərə qarşı odlu silahdan istifadə edərək Təbrizdə, Sulduzda, Urmiyədə və Güney Azərbaycanın şəhərlərində çoxlu sayda dinc əhalini silahdan atəş açaraq qətlə yetirdi, yuzdən artıq insan ağır güllə yaraları aldılar, hətta kor olan və ömürlük əlil olan soydaşlarımızda oldu. Demək olar ki, son iki ildə 8 min nəfərə yaxın Güney Azərbaycanın milli fəalları həbs edilərək ağır fiziki və ruhi işkəncələrə məruz qoyulublar. Onların içərisində ölənlər şikəst olanlar, hələ də həbsxanalarda saxlanılanlar, itgin düşənlər, girov müqavilində müvəqqəti azadlığa buraxılanlar, işdən qovulanlar, təhsildən məhrum olunanlar, ailəliklə sürgün və deportasiya olunanlar çoxunluq təşkil edir. Bu qeyri-insani hakimiyyət İran adlanan ölkədə qeyri-fars millətlərə divan tutmaqda davam edir. Güney Türkmənlərinə qarşıda eyni siyasəti həyata keçirir. Son aylarda yüzlərlə türkməni milli və sinfi haqlarını tələb etdiklərinə görə həbs edərək ağır işkəncələrə məruz qoyulublar. Ərəb və Bəluçlara qarşıda edam və işkəncələr ciddi surətdə həyata keçirilir. İki ay bundan öncə Təbriz Universitetinin bir neçə tələbəsi və milli hərəkat fəallari ETTELAAT məmurları tərəfindən həbs edilərək hələ də ağır işkəncə və təzyiqlər altındadırlar. Bunlarla yanaşı son günlərdə Tehranda həbs edilən 20-dən artıq tanınmış milli fəallar və jurnalistlərin 9 nəfəri hələ də Evin həbsxanasının 209-cu bəndində işkəncələr altındadırlar. Beynəlxaq insan haqlarını müdafiyə edən təşkilatlar 30 il müddətində faşist molla hakimiyyətinə İran adlanan ölkədə insan haqlarının kobud şəkildə pozulmasını etiraf etsə də bu günə qədər müsbətə doğru heç bir irəliləyiş yoxdur, əksinə mollaların cinayətləri günü-gündən artmaqdadır. Əlirza Amanbəyli DAK Mətbuat xidmətinin rəhbəri

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar