SON XƏBƏRLƏR

Medvedev Qafqazda geri çəkilməməyə söz verdi

2021.10.20, 07:36
Medvedev Qafqazda geri çəkilməməyə söz verdi

Gunaz.tv
Medvedev Qafqazda geri çəkilməməyə söz verdi medved-prez-selah.jpg Rusiya prezidenti Dmitri Medvedev Federal Məclisə müraciəti zamanı Cənubi Osetiya hadisələrinə toxunub. Lent.az-ın “Vesti 24” telekanalına istinadən verdiyi məlumata görə, Rusiya prezidenti baş verən hadisələrdə ABŞ-ı ittiham edib. Onun sözlərinə görə, avqust hadisələri Avropa regionunda gərginliyin artmasına, NATO gəmilərinin Qara dənizə daxil edilməsinə və Amerikanın RƏM sisteminin Avropada yerləşdirilməsinin sürətləndirilməsinə gətirib çıxarıb. O, Rusiyanın da vəziyyətin gərginləşməsinə adekvat cavab verəcəyini vurğulayıb: “Biz Qafqazda geri çəkilməyəcəyik”. LENT.AZ ------------------------------------------------------------------------ Medvedev prezidentlik müddətinin artırmağı təklif etdi Rusiya prezidentinin 6 il, parlamentin isə 5 il müddətinə seçilməsi nəzərdə tutulur Rusiya prezidenti Dmitri Medvedev Federal Məclisə ilk müraciəti zamanı prezidentlik müddətinin artırılmasını təklif edib. Lent.az-ın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, o, prezidentin 6 il, Dövlət Dumasının isə 5 il müddətinə seçilməsini istəyib. Medvedev qeyd edib ki, Konstitusiyanın dəyişdirilməsini deyil, əsas qanunda düzəliş aparılmasını təklif edir. Qeyd edək ki, Rusiya Konstitusiyasının hazırkı vəziyyətinə uyğun olaraq həm prezident, həm də Dövlət Duması 4 il müddətinə seçilir. LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar