SON XƏBƏRLƏR

Hyuston şəhərində Türk Festivalı keçirilib

2021.10.20, 07:36
Hyuston şəhərində Türk Festivalı keçirilib

Gunaz.tv
Hyuston şəhərində Türk Festivalı keçirilib Noyabrın ilk günlərində ABŞ-ın Hyuston şəhərində Türk Festivalı keçirilib. Festivalda Azərbaycanı “Hyuston–Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyası” və “US Azeris Network” təmsil ediblər. Azərbaycan təmsilçilərinə ayrılan guşədə ölkəmiz haqqında CD və DVD-lər, suvenirlər, rəsm əsərləri nümayiş olunub. Bundan başqa pianoçu Lala Abbasovanın yeni təşkil etdiyi milli musiqi alətlərindən ibarət qrup və gənc rəqqasə Kamilə Həmzəyeva Azərbaycan mədəniyyətinin incilərini təqdim ediblər. Festival Hyuston şəhərinin mərkəzində yerləşən parkda keçirilib və 15 minə yaxın tamaşaçı Türk dünyasının mədəniyyəti, adət ənənələri ilə daha yaxından tanış olub. Qeyd edək ki, türkdilli xalqların iştirak etdiyi bu festival Hyustonda ikinci dəfə keçirilir və burada Türk dünyasının birləşdirən mədəni irslər təqdim olunur.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar