SON XƏBƏRLƏR

Fars şovinist rejimi milli fəalların azadlığı üçün bir milyon dollar girov tələb edir

2021.10.20, 07:36
Fars şovinist rejimi milli fəalların azadlığı üçün bir milyon dollar girov tələb edir

Gunaz.tv
Fars şovinist rejimi milli fəalların azadlığı üçün bir milyon dollar girov tələb edir millifeallar4.jpg Sentyabrın 10-da Tehran şəhərində Güney Azərbaycan Milli Hərəkatının fəalı Ovçu Qoşaçaylının (Səyyad Məhəmmədian) Nəvvab küçəsindəki mənzilində iftar süfrəsinə toplaşarkən həbs edilən və hazırda Evin həbsxanasında saxlanılan milli fəallar aclıq aksiyasını davam etdirir. Oktyabrın 25-dən başlanan aksiya ilə onlar əsassız həbs edildiklərinə, təkadamlıq kamerada saxlandıqlarına və ailə üzvlərinə olan təhdidlərə etiraz edirlər. İranda Azərbaycanlı Siyasi Məhbusları Müdafiə Assosiasiyasının (ADAPP) sözçüsü Vahid Qarabağlı bildirib ki, Əlirza Sərrafi onu həyat yoldaşının və başqa ailə üzvlərinin həbsi ilə təhdid etdiklərinə görə aclığa başlayıb: “Son xəbərlər budur ki, Evin həbsxanasında olanların hər birinin 250 min dollar girov qarşılığında azad edilməsi ilə bağlı razılaşma əldə edilib”. Onun sözlərinə görəsə, həbs olunanlara qarşı heç bir konkret ittiham irəli sürülməyib. İftar mərasimində saxlanan 17 nəfərdən azadlığa buraxılanlar “Ettelaat”da xarici ölkələrlə işbirliyi qurmaları ilə bağlı dəfələrlə sorğulandıqlarını bildirirlər. Vahid Qarabağlı vurğulayıb ki, ötən il İran adlanan yerdə həbs edilən milli fəallar məhz xarici dövlətlərlə işbirliyi ittihamları ilə həbsxanada cəza çəkməkdədirlər. Məhbuslardan biri - Həsən Raşidinin qızı Sanay Raşidinin “Azadlıq” radiosuna verdiyi məlumata görə, noyabrın 4-də fars şovinist rejimi Evin həbsxanasında saxlanılan 4 nəfərin - jurnalist Əlirza Sərrafinin, müəllim Mehdi Nəiminin, şair Səid Muğanlının, yazıçı Həsən Raşidinin azadlığa buraxılması üçün toplam bir milyon dollar girov tələb edib. Sanay Raşidi hazırda tutulan şəxslərin yaxınlarından pul toplanıldığını da deyib: “Fars şovinist rejimi onları girov qarşılığında buraxacağını bildirib. Ancaq hələ istənilən 250 min dolları toplamaq mümkün olmayıb. Qohumlardan, dostlardan pul yığılır”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar