SON XƏBƏRLƏR

Abdulla Gül Bakıya gələcək

2021.10.20, 07:36
Abdulla Gül Bakıya gələcək

Gunaz.tv
Abdulla Gül Bakıya gələcək ilham-gul-yeni.jpg Türkiyə prezidenti Abdulla Gül Bakıya səfər edəcək. Lent.az-ın “Vətən” qəzetinə istinadən verdiyi məlumata görə, Gül Bakı Enerji sammitində iştirak etmək üçün Azərbaycana gələcək. Xatırladaq ki, Bakı Enerji sammiti noyabrın 14-də işə başlayacaq. Türkiyə prezidentindən əlavə Bolqarıstan, Rumıniya, Gürcüstan, Ukrayna və Polşa dövlət başçılarının da Bakıya gələcəyi gözlənilir. LENT.AZ -------------------------------------------------------------------- Toy mərasimi bombalandı Onlarla qadın və uşaq öldürüldü ABŞ hərbçiləri noyabrın 4-də Əfqanıstanın cənubunda toy keçirilən kəndi bombalayıblar. Lent.az-ın “Associated Press” agentliyinə istinadən verdiyi məlumata görə, onlarla adam, o cümlədən qadınlar və uşaqlar öldürülüb. Amerika hərbi komandanlığı insidentlə bağlı heç bir informasiyası olmadığını bildirir. Lakin Əfqanıstan prezidenti Həmid Karzai təcili mətbuat konfransı zamanı faktı təsdiq edib. O, Qəndəhar əyalətinin Şah Vali Kot qəsəbəsinə aviasiya zərbəsi endirilməsi nəticəsində onlarla dinc sakinin öldürüldüyünü bildirib. LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar