SON XƏBƏRLƏR

ABŞ-ın Azərbaycanla bağlı siyasətində heç bir dəyişiklik olmayacaq

2021.10.20, 07:36
ABŞ-ın Azərbaycanla bağlı siyasətində heç bir dəyişiklik olmayacaq

Gunaz.tv
«ABŞ-ın Azərbaycanla bağlı siyasətində heç bir dəyişiklik olmayacaq» enn_dorsi-26-08.jpg Enn Dersi: «iki ölkə arasında əməkdaşlıq bundan sonra da davam etdiriləcək» Amerika Birləşmiş Ştatlarında (ABŞ) yeni prezident seçilsə də, bu, ölkənin Azərbaycanla bağlı siyasətində heç bir dəyişiklik olmayacaq və iki ölkə arasında əməkdaşlıq bundan sonra da davam etdiriləcək. Bu barədə ABŞ-ın Azərbaycandakı səfiri Enn Dersi bildirib. O qeyd edib ki, ABŞ və Azərbaycan arasında çoxtərəfli əməkdaşlıq və tərəfdaşlıq növləri çoxdur: «Düşünürəm ki, iki ölkə arasında çox dərin maraq və münasibətlər var. Buna bənzər əməkdaşlıq və dialoq iqtisadiyyat, enerji, təhlükəsizlik, demokratiya və azadlığın inkişafı sahəsində gələcəkdə də davam etdiriləcək». /ANS TV/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar