SON XƏBƏRLƏR

Ermənistan prezidenti S.Sarkisyan Moskvada İ.Əliyev və D.Medvedevlə görüşü barədə N.Sarkoziyə hesabat verib

2021.10.20, 07:36
Ermənistan prezidenti S.Sarkisyan Moskvada İ.Əliyev və D.Medvedevlə görüşü barədə N.Sarkoziyə hesabat verib

Gunaz.tv
Ermənistan prezidenti S.Sarkisyan Moskvada İ.Əliyev və D.Medvedevlə görüşü barədə N.Sarkoziyə hesabat verib Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində son yeniliklər görüşün əsas müzakirə mövzusu olub Ermənistan prezidenti Moskva bəyannaməsinin təfərrüatları barədə Sarkozini məlumatlandırıb. Ermənistan kütləvi informasiya vasitələrinin yaydığı məlumata görə, prezidentlərin görüşü təxminən yarım saat çəkib. Nikola Sarkozidən əvvəl isə Ermənistan prezidenti Fransanın Baş naziri Fransua Fiyon və Senatın spikeri Jerar Larşe ilə görüşüb. Görüş çərçivəsində onlar Avropa qonşuluğu proqramı çərçivəsində həyata keçirilən layihələr, energetika və telekommunikasiya sahəsində əməkdaşlıq, o cümlədən Ermənistanda yeni atom elektrik stansiyasının tikintisi ilə bağlı danışıqlar aparıb. /Armenia Today/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar