SON XƏBƏRLƏR

Yaponiyanın Obama qəsəbəsində də bayramdır

2021.10.20, 07:36
Yaponiyanın Obama qəsəbəsində də bayramdır

Gunaz.tv
Yaponiyanın Obama qəsəbəsində də bayramdır yaponiyada-obama-qesebesi.jpg Barak Obamanın ABŞ prezidenti seçilməsi dünyanın bir çox yerlərində sevinclə qarşılanıb. Lent.az-ın məlumatına görə, ən çox sevinənlər isə Yaponiyanın Obama qəsəbəsinin sakinləri olub. Barak Obama ilə adaşlıq Obama qəsəbəsində həyəcana səbəb olub. Bütün gecəni seçkiləri izləyən və nəfəslərini dərərək nəticəni gözləyən obamalılar Barak Obamanın ABŞ-ın 44-cü prezidenti seçilməsinin açıqlanmasından sonra küçələrə axışaraq bayram ediblər. Sakinlər üzərində “I love Obama” (“Mən Obamanı sevirəm”) sözləri yazılan köynəklər geyərək qəsəbənin mərkəzinə axışıblar. Obamada hədiyyə satan 45 yaşlı Tatsuya Sano bundan sonra ən böyük arzularının Ağ Evə gedərək Barak Obamanın vəzifəsinin icrasına başladığı gün hula rəqsini ifa etmək olduğunu bildirib. Qəsəbənin hula rəqs qrupunun 35 yaşlı rəhbəri Çikaqo Şimiuzu isə bundan xoşbəxt gün yaşamadıqlarını bildirib. Qeyd edək ki, Obama qəsəbəsinin 32 min sakini var. Onlar Barak Obamanın ABŞ prezidenti seçilməsi ilə bağlı bir neçə gün bayram edəcəklər. LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar