SON XƏBƏRLƏR

İran adlanan yerin xarici işlər naziri Mənuçöhr Mottəki Azərbaycana səfər edəcək

2021.10.20, 07:36
İran adlanan yerin xarici işlər naziri Mənuçöhr Mottəki Azərbaycana səfər edəcək

Gunaz.tv
İranın xarici işlər naziri Mənuçöhr Mottəki Azərbaycana səfər edəcək manucohr_motakki.jpg Məqsəd - Bakıda keçiriləcək Azərbaycan-İran Hökumətlərarası İqtisadi Komissiyasının yeddinci iclasında iştirak etməkdir Bu ilin noyabr-dekabr aylarında Bakıda Azərbaycan-İran Hökumətlərarası İqtisadi Komissiyasının yeddinci iclası keçiriləcək. Bu barədə AzərTAc məlumat yayıb. İclasda ölkələr arasında iqtisadi əməkdaşlığın perspektivləri müzakirə ediləcək. İclasda İranın xarici işlər naziri Mənuçöhr Mottəkinin başçılığı ilə bu ölkənin hökumət nümayəndə heyəti iştirak edəcək. İclasda iqtisadiyyat, mədəniyyət və başqa sahələr üzrə ikitərəfli əməkdaşlıq haqqında bir sıra sənədlərin imzalanması nəzərdə tutulur. Bundan əlavə, iki qonşu dövlət arasında vizasız gediş-gəliş rejiminin təkmilləşdirilməsi və sadələşdirilməsi barədə saziş imzalanacaq. Tədbirə hazırlıq məsələlərinin müzakirə olunması üçün İran nümayəndə heyəti noyabrın ortalarında Bakıya gələcək. Bakıdakı müzakirələrdən sonra iclasın keçirilməsi tarixi müəyyənləşəcək, tədbir çərçivəsində imzalanacaq sənədlərin layihələri üzərində iş aparılıacaq./ANS PRESS/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar