SON XƏBƏRLƏR

ABŞ-ın dövlət katibi ölkənin qara dərili prezidentini Ağ Evdə görməyə hazır olduğunu bəyan edib

2021.10.20, 07:36
ABŞ-ın dövlət katibi ölkənin qara dərili prezidentini Ağ Evdə görməyə hazır olduğunu bəyan edib

Gunaz.tv
ABŞ-ın dövlət katibi ölkənin qara dərili prezidentini Ağ Evdə görməyə hazır olduğunu bəyan edib kondaliza_rays2.jpg Kondoliza Rays yeni seçilən prezidentin kimliyindən asılı olmayaraq ABŞ-ın öz strateji hədəflərinə çatmasının vacib olduğunu bildirib İtaliya qəzetlərindən birinə müsahibə verən ABŞ-ın ilk qaradərili qadın baş katibi ölkənin hazırki prezidenti Corc Buşun prezidentliyi dövründə NATO-nun genişlənməsi, təşkilatda islahatların aparılması və Vaşinqtonun dünyadakı müttəfiqləri ilə daha sıx əlaqələrinin yaratması kimi müsbət irəliləyişlərin olduğunu söyləyib. Xanım Rays həmçinin C.Buşun ən əhəmiyyətli xidməti kimi onun Yaxın Şərqə demokratiya gətirməsini göstərib. Buş adiministrasiyasının səhvlərinə gəldikdə isə, K.Rays onların da olduğunu etiraf edib. Dövlət katibinin sözlərinə görə, səhvlərdən biri ABŞ-ın İraqda təhlükəsizliyin təmin edilməsi istiqamətində əsasən Bağdada diqqət verməsi, əyalətlərin isə bir qədər kənarda qalmasıdır. Qaradərili olması ilə bağlı ünvanlanan süala isə Kondoliza Rays belə cavab verib ki, bunu özü üçün heç vaxt maneə saymayıb. 12 ildir dövlət katibi postunda qara dərili şəxsin olmasından heç kəsin narahat olmadığını deyən Rays, ABŞ-ı sosial təlabatların gözlənilməz şəkildə dəyişdiyi qeyri-adi ölkə adlandırıb. Kondoliza Rays həmçinin niyə əksər qara dərililərin Demokratların düşərgəsində olduğu halda, onun rəqib tərəfi təmsil etməsi barədə müxtəlif fikirlərə də münasibət bildirib. Buna cavab olaraq Dövlət Departamentinin rəhbəri 1976-cı ildə Cimmi Karterə səs verdiyini, lakin Sovet Ordusunun 1979-cu ildə Əfqanıstana girməsindən sonra Vaşinqtonun lazimi reaksiya göstərməməsindən bir il sonra Ronald Reyqana səs verdiyini xatırladıb. /İnterfax/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar