SON XƏBƏRLƏR

ABŞ-DA PREZİDENT SEÇKİLƏRİNİN YEKUN NƏTİCƏLƏRİ BU GÜN ELAN OLUNACAQ

2021.10.20, 07:36
ABŞ-DA PREZİDENT SEÇKİLƏRİNİN YEKUN NƏTİCƏLƏRİ BU GÜN ELAN OLUNACAQ

Gunaz.tv
ABŞ-DA PREZİDENT SEÇKİLƏRİNİN YEKUN NƏTİCƏLƏRİ BU GÜN ELAN OLUNACAQ secki_3.jpg Artıq bir çox Ştatlarda səsvermə başa çatıb. Nəticələrə əsasən seçkinin taleyini həll edəcək 4 Ştatın üçündə demokrat namizəd Barak Obamanın qələbə qazandığı deyilir. Ən son məlumatlara əsasən isə demokrat namizədin praktiki olaraq seçkilərin qalibi olduğu bildirilir. /İctimai TV/ ----------------------------------------------------------------------- SEÇKİNIN SON MƏRHƏLƏSİNI CANLI İZLƏYİBLƏR enn_ders.jpg Bu gün Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyi Amerikada keçirilən prezident seçkisinin nəticələri ilə bağlı məlumatları canlı izləmək üçün tədbir keçirib. Ölkə ictimaiyyəti, Amerika səfirliyinin nümayəndələri, Kütləvi İnformasiya Vasitələrinin təmsilçiləri və Azərbaycanda çalışan Amerika vətəndaşları seçki prosesinin son mərhələsini canlı izləyib. Azərbaycan ictimaiyyətində Amerikada keçirilən prezident seçkisinə marağın böyük olmasından məmnunluğunu qeyd edən Birləşmiş Ştatların Bakıdakı səfiri Enn Ders seçkini Amerika xalqının iradəsinin təzahürü kimi qiymətləndirib. /İctimai TV/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar