SON XƏBƏRLƏR

İlham Əliyev Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün məzarını ziyarət edib

2021.10.20, 07:36
İlham Əliyev Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün məzarını ziyarət edib

Gunaz.tv
İlham Əliyev Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün məzarını ziyarət edib anit_kabir.jpg Prezident Türkiyənin Esenboğa hava limanından birbaşa Atatürkün dəfn olunduğu məqbərəyə - Anıtqəbirə gedib AzərTAc-ın məlumatına görə, dövlət başçısı böyük Atatürkün məzarını ziyarət edib. Prezident İlham Əliyevin adından məzarın önünə əklil qoyulub, türk dünyasının böyük oğlunun əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dövlət başçısı Xatirə kitabına ürək sözlərini yazıb: “Türkiyə Cümhuriyyətinin qurucusu, böyük öndər Mustafa Kamal Atatürkün məzarı önündə baş əyirəm. Böyük Atatürkün xatirəsinə Azərbaycan xalqının dərin hörmətini bildirirəm. Mustafa Kamal Atatürkün əziz xatirəsi Azərbaycan xalqının qəlbində daim yaşayacaq". Qeyd edək ki, bu gün Türkiyəyə səfəri başlayan Prezident İlham Əliyevi Esenboğa hava limanında Türkiyənin Enerji və Təbii Sərvətlər naziri Hilmi Gülər və digər rəsmi şəxslər qarşılayıb. Türkiyəyə səfəri çərçivəsində İ. Əliyev Türkiyə prezident Abdullah Gül, Baş nazir Rəcəp Tayyip Ərdoğanla görüşəcək və Türkiyə Böyük Millət Məclisində (TBMM) çıxış edəcək. Qeyd edək ki, oktyabrın 15-də keçirilmiş prezident seçkisində ikinci dəfə Azərbaycan Respublikasının prezidenti seçilən İlham Əliyev ilk rəsmi səfərini Türkiyəyə edir./ANS PESS/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar