SON XƏBƏRLƏR

Bin Ladinin oğlu sığınacaq axtarır

2021.10.20, 07:36
Bin Ladinin oğlu sığınacaq axtarır

Gunaz.tv
Bin Ladinin oğlu sığınacaq axtarır Beynəlxalq "Əl Qaidə" terror təşkilatının lideri Usamə bin Ladinin oğullarından biri olan 28 yaşlı Ömər İspaniyada siyasi sığınacaq istəyib. O, Madriddəki Barahas beynəlxalq hava limanında ölkənin hakimiyyət dairələrinə belə müraciətlə üz tutub. Qahirədən Mərakeşin paytaxtı Kasablankaya uçan təyyarədən Barahasda enən Ömər bin Ladin dünən gecə saatlarınadək hava limanının gözləmə zalında olub. Rəsmi Madrid təklifi müzakirə edir. Bin Ladinin 19 övladından biri olan Ömər Əfqanıstandakı terrorçu düşərgələrində hazırlıq keçsə də, indi atasının fəaliyyəti ilə heç bir əlaqəsinin olmadığını deyir. Ömər əvvəllər Böyük Britaniyada məskunlaşmağa çalışsa da, 2008-ci ilin aprelində rədd cavabı almışdı. Rəsmi Londonu bu cavabı Ömərin Dumanlı Albionda yaşayacağı təqdirdə ciddi ictimai narazılığın yarana biləcəyi ilə izah etmişdilər. Bundan başqa, Ömər bin Ladin beş ay 52 yaşlı britaniyalı Ceyn Feliks Braunla nikahda olub. Ərə gedəndən sonra Zəina əs Səbah olan Ceyn ərindən 2007-ci ilin sentyabrında ayrılıb. Qadının dediyinə görə, belə evlilik onun üçün ciddi təhdidlər yaratmışdı. Lakin onların hələ də ər-arvad kimi yaşadıqları bildirilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar