SON XƏBƏRLƏR

370 min mina zərərsizləşdirilib

2021.10.20, 07:36
370 min mina zərərsizləşdirilib

Gunaz.tv
370 min mina zərərsizləşdirilib "Ötən ay ərzində 1182101 kv.m ərazi yoxlanılmış, mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib". Bu barədə "Ekspress"ə Ərazilərin minalardan təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mətbuat xidmətindən bildirilib. Məlumata görə, 18410 PHS və mina aşkar edilərək zərərsizləşdirilib. Əməliyyatlarda 330 nəfər, eyni zamanda 5 mexaniki minatəmizləmə maşını və 30 minaaxtaran it iştirak edir. ANAMA xəbər verir ki, indiyədək 76292045 kv.m ərazi təmizlənib. Tapılıb zərərsizləşdirimiş mina və PHS-lərin sayı isə 362342-dir. Agentlikdən verilən digər xəbərə görə, oktyabrda bir mina/PHS hadisəsi qeydə alınıb. Belə ki, ayın 3-də Xocavənd rayonunun Qaradağlı kəndinə yaxın Füzuli ərazisində Saatlı rayon sakini Yaqub Hüseynov traktorla yer şumlyarkən, tank əleyhinə minaya düşüb. Nəticədə traktor tam sıradan çıxıb, traktorçu isə ağır xəsarət alıb. Ymumilikdə, 2001-ci ilin sentyabrından müxtəlif mənbələrə istinadən aparılan statistikaya görə, baş vermiş 102 hadisədə 57 nəfər halik olub, 138 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar