SON XƏBƏRLƏR

LEVON TER-PETROSYANDAN İLGİNC AÇIQLAMA

2021.10.20, 07:36
LEVON TER-PETROSYANDAN İLGİNC AÇIQLAMA

Gunaz.tv
LEVON TER-PETROSYANDAN İLGİNC AÇIQLAMA 3668.jpg “Proses dekabrda ABŞ-da yekunlaşacaq, bəyannamənin arxasınca protokol da imzalanacaq” Ermənistan müxalifətinin lideri, sabiq prezident Levon Ter-Petrosyan Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin Dağlıq Qarabağ münaqişəsinə dair Moskvada imzaladığı bəyannaməyə münasibət açıqlayıb. “Media forum” saytının məlumatına görə, Ermənistanın “A1+” kanalına verdiyi müsahibədə L.Ter-Petrosyan bəyannaməni sülh danışıqları prosesinin vacib mərhələsi kimi qiymətləndirib. Onun sözlərinə görə, imzalanan sənəd aysberqin görünən tərəfidir, onun arxasında daha geniş protokol durur: “Moskva görüşü prosesin başlanığıcıdır. İndi bu proses Avropada davam etdirilir və dekabrda Amerika Birləşmiş Ştatlarında yekunlaşacaq. Danışıqlar Rusiyanın təşəbbüsü ilə başlasa da, nöqtəni Qərb qoyacaq”. Sabiq prezident Moskva bəyannaməsinin bəzi müddəalarının Ermənistan üçün təhlükə doğurduğunu vurğulayıb, bu sənədin “Dağlıq Qarabağ Respublikası”nın danışıqlar tərəfi kimi tanınması şanslarını heçə endirdiyini söyləyib. “Media forum”

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar